34 müəllim təcili yardıma müraciət edib
Bizi izləyin

Qırmızı.az

34 müəllim təcili yardıma müraciət edib

Müəllimlərin sınaq qiymətləndirilməsi zamanı 34 nəfər təcili yardıma müraciət edib. Onlardan biri hipertonik kriz diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, bir nəfər müəllim şəkərli diabet və təzyiqi yüksəldiyindən imtahandan öz istəyi ilə çıxıb, təcili yardıma müraciət edib.

Ümumilikdə müraciət edənlərin 3 nəfəri kişidir, onlar öd kisəsi, böyrək ağrıları və təzyiq yüksəlməsi ilə müraciət edib.

Xatırladaq ki, 4 gün davam edən Sınaq Qiymətləndirilməsi başa çatıb. 30 mərkəzdə təşkil olunan mərkəzlərdə Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 000-ə qədər müəllim (ümümi kontingentin 95%-dən çoxu) iştirak edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm