Bakıda "Azərbaycan kitab evi" yoxdur
Bizi izləyin

Qırmızı.az

Bakıda "Azərbaycan kitab evi" yoxdur

Bu gün Bakıda "Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur.

Publika.az-ın məlumatına görə, bunu Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən XII qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün kitab satışını bazar mühitinin ümidinə qoymaq olmaz, kitablara münasibəti dəyişmək lazımdır: "Ölkədə ən azı 4000 kitabxana var. Onların hər birinə 1 yeni çap edilən kitab verilsə, bu, 4000 kitab deməkdir".

Azərbaycanın ən yaxşı 40-50 bədii əsərinin ölkə Prezidentinin sərəncamı ilə yeni yaradılan Tərcümə Mərkəzi tərəfindən dünya dillərinə tərcümə olunmasını təklif edən S.Rüstəmxanlı qeyd edib ki, bu gün "Әdəbiyyat" dərsliklərinin dili bərbad gündədir. O, dərsliklərdə ciddi islahatların aparılmasına ehtiyac olduğunu da bildirib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm