Qırmızı.az
1 milyon manatlıq oğurluğun üstü açıldı
Abşeron rayon Polis Şöbəsinin əməkdaşları Xırdalan şəhərində yerləşən "Karat MMC"-nin dəyirman şöbəsinin ofisindən 1 milyon manat məbləğində pul oğurlanması cinayətinin üstünü açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, keçirilmiş əməliyyat istintaq tədbirləri ilə cinayəti törətmiş şəxs – Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev saxlanılıb. İstintaqla müəyyən olunub ki, əvvəllər "Karat MMC"-də çalışan Ramil İmaməliyev işdən çıxdıqdan sonra ofisdən oğurluq etmək fikrinə düşüb. o, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub. O, ofisdəki seyfin qapısını sındıraraq 1 milyon manat pulu idman çantasına doldurub və aradan çıxıb.
Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən Ramil
İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran
İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin
müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev isə pulun bir
hissəsini özü ilə götürərək "İnfiniti" markalı 90 HZ 200 dövlət
nömrə nişanlı avtomobil alıb. Saxlanılarkən maşının yük yerindən 5
min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul
aşkarlanaraq götürülüb. Ramil İmaməliyev istintaqa ifadəsində
bildirib ki, oğurladığı pulların demək olar ki, yarısını bir qrup
şəxs hədə qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış
tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli
bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyev,
Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon
sakinləri, 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də
saxlayıb. Araşdırmalarla müəyyən edilib ki, Ramil İmaməliyevin son
zamanlar bahalı avtomobil sürməsi və varlanması onu tanıyan Aqil
Şəmiyev və dostlarını şübhələndirib.
Onlar Ramili izləyərək Bakı şəhərində yerləşən restoranlardan
birinin qarşısında başına torba keçirib zorla avtomobilə
oturdublar. Ramil İmaməliyevin ifadəsinə görə onlar özlərini
hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək 450 min
manat pul tələb ediblər.
Ramil İmaməliyev onu girov saxlayan şəxslərin əlindən yaxa
qurtarmaq üçün anası Ceyran İmaməliyevaya zəng edərək evdəki puldan
400 min manatı göndərməyi tapşırıb. Ceyran İmaməliyeva isə pulu
sayaraq kiçik oğlu Ramizə verib və qardaşının dediyi yerə
göndərib.
Ramiz İmaməliyevdən 450 min manat alındıqdan sonra o buraxılıb.
Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat
istintaq tədbirləri zamanı pulun 20 min manatını Zamiq Xasıyevlə
Aqil Şəmiyevdən, 98 min manatını isə Ruslan Əliyevdən aşkar
edilərək maddi sübut kimi götürülüb. Eləcə də İmaməliyevlərin
evində axtarış aparılarkən hissələrə ayrılaraq müxtəlif yerlərdə
gizlədilmiş 6600 manat və 800 Amerika dolları tapılıb. Ramiz
İmaməliyev daha sonra etiraf edib ki, qardaşı tutulmazdan bir neçə
gün əvvəl ona və anasına zəng edərək oğurluq pulların 200 min
manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramiz İmaməliyev
həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə
qəbiristanlığındakı qəbrinin üstündə qazaraq basdırıb. Polis
əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190800 manat pulu
taparaq istintaqa təhvil verib. Faktlarla bağlı Cinayət
Məcəlləsinin bir neçə maddəsi ilə iş açılıb, istintaq aparılır.
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası