Bəy həbs olundu
Bizi izləyin

Qırmızı.az

Bəy həbs olundu

Sabirabad rayonunda toyu olan gənc həbs edilib. Teleqraf.com-un xəbərinə görə, Sabirabad rayonunun Əsədli kənd sakini, 21 yaşlı N. V. toyundan bir neçə gün sonra həbs edilib.

Məlumata görə, onun həbs edilməsinə səbəb yetkinlik yaşına çatmayan qızla ailə qurması olub. Bu günlərdə toyu olan 21 yaşlı gəncin barəsində Sabirabad rayon Polis Şöbəsinə məlumat verilib. Verilən məlumat əsasında polis əməkdaşları Əsədli kəndinə gəlib.

Araşdırmalar zamanı 21 yaşlı gəncin yetkinlik yaşına çatmayan qızla ailə qurması müəyyən olunub. Buna görə də 21 yaşlı oğlan və onun atası həbs edilib.

Sabirabad rayon Polis Şöbəsindən Teleqraf.com-a faktı təsdiqləyiblər. Polis şöbəsindən məlum hadisə ilə bağlı ətraflı məlumat vermək istəməyiblər.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, yetkinlik yaşına çatmayan qızla ailə həyatı quran 21 yaşlı oğlanın barəsində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. Həbs olunan gəncin atası isə sərbəst buraxılıb.

Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm