Qiymətlər qalxdı – ölkə xaricinə gedən qatarlarda
Bizi izləyin

Qırmızı.az

Qiymətlər qalxdı – ölkə xaricinə gedən qatarlarda

Xarici ölkələrə gedən qatarların qiyməti artıb.

“Qiymət artımı ölkədaxili yox, xarici səfərlərlə əlaqədardır. Lakin ölkəxarici biletlərin qiymətlərini biz tənzimləmirik. Rusiya istiqamətində hərəkət edən qatarların qiyməti həmin ölkə tərəfindən müəyyən edilir”.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

N.Əzməmmədovun sözlərinə görə, Rusiya qiymətləri dəyişən tariflərdir, il ərzində bir neçə dəfə dəyişir:

“Xarici ölkələr üçün biletlərin qiyməti əvvəldən təqdim edilir, ilin müəyyən dövrlərində qiymət qalxa, yaxud enə bilir. Bayram və şənbə-bazar günlərində qiymətlər artır. Qiymət artımının dəqiq səbəbi bəlli deyil. Konkret qiymət artımının miqdarını demək çətindir. Bu rəqəmlər hər 10 gündən bir dəyişdiyinə görə artım müqayisəsi aparılmır”.

N.Əzməmmədov ölkə daxilində hərəkət edən qatarlarda qiymət artımının olmadığını və bunun yalnız Tarif Şurası tərəfindən müəyyən edildiyini deyib.

Xatırladaq ki, azvision.az saytı yay mövsümü ilə əlaqədar qatarlarda gediş haqlarının qaldırıldığı barədə məlumat yayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm