Müəllimlərin imtahan nəticələri nə vaxt açıqlanacaq?
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin imtahan nəticələri nə vaxt açıqlanacaq?

Bakı məktəblərinin müəllimləri üçün keçirilən Sınaq Qiymətləndirmədə mindən çox müəllim iştirak etməyib. Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva məlumat verib.

Onun sözlərinə görə, 10-13 iyun tarixlərində keçirilən imtahanlarda paytaxt üzrə ümumilikdə 357 məktəbin 30 072 müəlliminin iştirakı gözlənilirdi. Onların 29 mini imtahanlarda iştirak edib.

“Hazırda idarədə cavab kartlarının emalı aparılır. İmtahan nəticələrinin bu həftə ərzində elan edilməsi nəzərdə tutulub.Təhlil bitdikdən sonra qiymətləndirilmədə iştirak etməyən müəllimlər üçün ən qısa zamanda yenidən qiymətləndirilmənin təşkil olunması planlaşdırılır. Özünü narahat hiss etdiklərinə görə qiymətləndirilmədən çıxan müəllimlər də üzrlü səbəblərdən iştirak edə bilməyən müəllimlərlə birlikdə yenidən təşkil olunacaq qiymətləndirmədə iştirak edə bilər”.

Xatırladaq ki, müəllimlərin sınaq qiymətləndirməsi iyunun 10-dan 13-dək keçirilib. Sınaq imtahanları nəticələri attestasiyaya təsir etmir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm