Beynəlxalq hüquq təhsili ali hüquq təhsilidirmi?
Bizi izləyin

Qırmızı.az

Beynəlxalq hüquq təhsili ali hüquq təhsilidirmi?

Beynəlxalq hüquq fakültəsini bitirən şəxslərin təhsilinin ali hüquq təhsili olub-olmadığını Konstitusiya Məhkəməsi müəyyən edəcək.

Konstitusiya Məhkəməsindən Publika.az-a verilən məlumata görə, Ali Məhkəmə bir sıra normativ aktlarda “Ali hüquq təhsili” anlayışının şərh edilməsinə dair sorğu ilə KM-yə müraciət edib.

Prokurorluq, ədliyyə, daxili işlər orqanlarına vəkilliyə qəbulla bağlı namizədlərin ali hüquq təhsili alması əsas şərtlərdəndir. Təcrübədə beynəlxalq hüquq ixtisasına yiyələnən namizədlər bununla bağlı problemlə üzləşirlər .Ali Məhkəmə sorğusunda bu məsələyə aydınlıq gətirilməsini KM-dən xahiş edib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunda baxılıb. Yaxın günəlrdə Plenum qərarını elan edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm