Mənzildən istifadə hüququ ilə bağlı yeni qərar gözlənilir
Bizi izləyin

Qırmızı.az

Mənzildən istifadə hüququ ilə bağlı yeni qərar gözlənilir

Suraxanı rayon məhkəməsi Mülki Məcəllənin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

MM-in 228.1-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

228.2-ci maddədə isə qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

30.2-ci maddəyə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Göründüyü kimi, Mənzil Məcəlləsində notarial qaydada təsdiqlənmiş yazılı razılaşma və kompensasiyanın ödənilməsi məsələləri açıq qalır.

Konstitusiya Məhkəməsindən Publika.az-a bildirilib ki, yeni Mənzil Məcəlləsinin tətbiqindən sonra bu sahədə problem yaranıb. Rayon məhkəməsi müraciətində qeyd edib ki, bu halda Mənzil Məcəlləsi, yoxsa Mülki Məcəllə tətbiq olunmalıdır. Həmçinin mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, ona kompensasiya ödənilməlidirmi?

Konstitusiya Məhkəməsinin Plenumu bu müraciət üzrə iclas keçirib və yaxın günlərdə qərarını elan edəcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm