Azərbaycanda kondisionerli tabutlar
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda kondisionerli tabutlar

Azərbaycana xaricdən kondisionerli tabutlar ixrac edilir.


ANS PRESS-in məlumatına görə, Türkiyənin Sivas bölgəsində “Qorxmaz İnox” adlı bir şirkət istehsal etdiyi kondisionerli tabutları xarici ölkələrə satmağa başlayıb.


Həmin şirkətin 10 xarici ölkəyə 400 min dollar dəyərində kondisionerli tabutlar istehsal etdiyi bildirilir. Bu barədə adı çəkilən şirkətin müdiri Cenk Kəşkək məlumat verib.


O, tabutlarda ventilyasiya sisteminin 1995-ci ildən tətbiq etdiklərini söyləyib:


“Hazırda isehsal etdiyimiz kondisionerli tabutları İngiltərə, Azərbaycan, Fransa, Livan, Küveyt, Banqladeş, Şrilanka kimi ölkələrə ixrac edirik. Kondisionerli tabutlarımız ilə Türkiyəni dünyaya tanıtmaq istəyirik. Tabutlarımızı göndərdiyimiz ölkələr bizə təşəkkür etdilər”.


Qeyd edək ki, həmin tabutlarda temperatur mənfi 5 dərəcəyə qədər ola bilər.


Qeyd edək ki, elektriklə işləyən tabutun üst hissəsində xüsusi nəzarət pəncərəsi yerləşdirilib. Həmin pəncərədən meyitə baxmaq mümükündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm