Prezident sərəncam imzaladı
Bizi izləyin

Qırmızı.az

Prezident sərəncam imzaladı

Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödəniləcək kompensasiyaya görə rüsum tutlmayacaq.


Bu haqda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna edilən dəyişiklikdə nəzərdə tutulub.

Dəyişikliyə görə, Qanunun 81-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilib:

81.1. Bu Qanuna əsasən ödənilən hər hansı kompensasiyaya görə heç bir rüsum və ya dövlətin xeyrinə alınan hər hansı digər ödəniş (vergi istisna olmaqla) tutulmur.

81.2. Bu Qanuna əsasən ödənilən hər hansı kompensasiyaya görə vergidən azad edilmə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilir.”

Prezident İlham Əliyev yeni dəyişikliyin tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb.


Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.


Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin etməlidir və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm