• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bağlı yol bu gün açılır

Bağlı yol bu gün açılır

Bakıda təmir işləri ilə əlaqədar bağlanan mərkəzi yol bu gün axşam saatlarında açılacaq.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Publika.az-a bildirib ki, paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində artıq son xətlənmə işləri aparılır və yolun bu gecə avtomobillərin hərəkəti üçün açılacağı gözlənilir.


Bu gün axşam saat 23:00-dan etibarən isə Cəlil Məmmədquluzadə küçəsindən Azər Əliyev küçəsinə qədər olan hissə təmir işləri ilə əlaqədar bağlanacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR