108 nəfər qidadan zəhərlənib
Bizi izləyin

Qırmızı.az

108 nəfər qidadan zəhərlənib

“Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən may ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 69 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 9 müəssisə ilə bağlı məlumatlar istintaq orqanlarına verilib, 8 obyektin isə istismarı dayandırılıb.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyi Gigiyeniya Epidemologiya Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, fiziki-kimyəvi göstəricilərinə görə 299 nümunədən 8-də, mikrobioloji göstəricilərinə görə 398-dən 2-də, yaxmalarda 890 nümunədən 12-də qeyri-kafi nəticə aşkarlanıb. Toksikoloji göstəricilərinə görə, 72 nümunə laborator müayinə edilib.

Ötən ay 99 qida zəhərlənməsi baş verib və 108 nəfər zərər çəkib. Zəhərlənmələr, əsasən, ev şəraitində hazırlanmış qidalardan olur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm