Siyəzəndə “UAZ” aşdı: sürücü xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

Siyəzəndə “UAZ” aşdı: sürücü xəsarət alıb

Siyəzən rayonunda “UAZ” markalı avtomobilin aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Siyəzən rayonunda “UAZ” markalı avtomobilin aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 15 km aralı Qaraşıxlı kəndində baş verib.

Məlumata görə, "UAZ" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarına aşıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəzada avtomobil deformasiyaya uğrayıb, sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm