Zakir Qaralov tapşırıq verdi
Bizi izləyin

Qırmızı.az

Zakir Qaralov tapşırıq verdi

Zakir Qaralov tapşırıq verdi

Yanvarın 24-də Baş prokuror Zakir Qaralov Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, qurumun məsul əməkdaşlarının,

habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror 130-dan artıq vətəndaşın ərizə və şikayətlərini dinləyib, qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb.

Vətəndaşların müraciətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və sosial

problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib.


Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması,

habelə vətəndaşların qəbulu işinin düzgün təşkili və onların müraciətlərinə obyektiv baxılması ilə bağlı konkret tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm