Bu yol açıldı, digər yol bağlandı
Bizi izləyin

Qırmızı.az

Bu yol açıldı, digər yol bağlandı

Bakıda təmir işləri ilə əlaqədar bağlanan mərkəzi yollardan biri açılıb.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində artıq xətlənmə işləri başa çatıb və yolun həmin hissəsi ötən gecədən etibarən avtomobillərin hərəkəti üçün istifadəyə verilib.


Eyni zamanda, iyunun 17-si saat 23:00-dan etibarən Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində təmir işlərinə başlanılıb. Bu səbəbdən yolun həmin hissəsi 7-10 günlük bağlanıb: "Bu gün kommunikasiya xətləri üçün qazılmış xəndəklər lazımi materiallarla doldurularaq kipləşdirilib. Bundan əalvə beton bardürlər mərmər bardürlərlə əvəzlənib. Sabahdan etibarən kipləşdirilmiş xəndəklərə 20 sm qalınlığında asfalt-beton örtüyü vurulacaq. Ümumiyyətlə, yoldakı köhnə örtük isə qaşınaraq yenisi ilə əvəzlənəcək. Yoldakı kommunikasiya quyularının dəmir-beton plitələri də yenilənəcək. İşlərin 7-10 gün ərzində yekunlaşması gözlənilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm