• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İmişlidə ailə quran gənclərin başına gələnlər

İmişlidə ailə quran gənclərin başına gələnlər

Artıq neçə gündür ki, bütün xəbər portalları İmişlidə baş verən qeyri-adi hadisəni işıqlandırır.

Toylarının səhəri günü cürbəcür heyvan səsləri ilə qışqıran cütlük bütün Azərbaycanı heyrətə gətirib. Bəy və gəlin toy gününün səhərisi ağaclara dırmaşaraq canavar kimi ulayıb, yerə yıxılaraq ilan kimi sürünüb. Valideynlərinin gözünün ağı-qarası olan bu cütlük, eyni zamanda, əmioğlu-əmiqızıdırlar.

Uşaqlıqdan bir-birlərini sevib və nəhayət, təxminən bir il öncə ailə həyatı qurublar. Amma onların sevinci, necə deyərlər, ürəklərində qalıb. Toy günü şənlənib, deyib-gülüb oynasalar da, səhəri günü həmin insanlardan əsər-əlamət qalmayıb.

Valideynlərinin dediyinə görə, sanki həmin insanlar deyillər. Heç kimi görmək istəmir, heç kimlə danışmaq istəmirlər. Hətta çörək də yemirlər. Onlara “gəlin çörək yeyin” deyərkən, qışqıraraq “biz ölü adam əti yemişik” deyiblər.

Bütün bunlar nəinki yeni həyat qurmuş cütlüyün ailəsini, həmçinin bütün İmişlini dəhşətə gətirib. Əmilərinin sözlərinə görə, elə gün olub ki, bunların şəfa tapması üçün gün ərzində iki qurban kəsib, ocaqları ziyarət edib, nəzirlər paylayıb. Sanki xoşbəxtliyin sonuncu gününü məhz toy günlərində yaşayan gənclərin həyatı səhəri gün 180 dərəcə dəyişib. Gah it kimi hürür, canavar kimi ulayır, gah da yerə yıxılıb ilan kimi sürünüblər. Bütün bunlar hamısı cütlüyün yaxınlarının və rayon camaatının gözləri qarşısında baş verib. Bu hadisəyə kənardan baxıb gülənlər, çarəsizlikdən ağlayanlar da olub.

Kim deyə bilərdi ki, bir gün əvvəl ailə qurmuş gənc ailə bədbəxt hadisə ilə üzləşməli olacaq. Necə olur ki, bu hadisə məhz toydan sonra baş verir? Necə olur ki, sağlam insanlar bir neçə saatın içində dəli olurlar? Bu fakt cütlüyün yaxınlarına da qaranlıq qalan müəmmalı bir məsələdir. Hadisənin təfərrüatlarını öyrənmək üçün ANS TV-nin “Adam içində” verilişinin hadisə yerinə yollanan çəkiliş qrupunun lentə aldığı mənzərələri izləməyə görə verilişə getdik.

Cütlüyə heç bir kömək edə bilməyən yaxınlarının, sadəcə, bu mənzərəni seyr edə-edə ağlayıb dua etməkdən başqa əllərindən heç nə gəlməyib. Həkimlər tibb elmində belə bir xəstəliyin olmadığını deyiblər. Bir sözlə, bəşər övladı bu olayın qarşısında acızdır. Amma bəzi ekspertlərin dediyinə görə, bunu elə bəşər övladı edib, cadu vasitəsilə. Qeyd edək ki, cütlüyün qeyri-adi hərəkətləri və səbəbləri verilişdə müzakirə edilib.

Verilişdə iştirak edən ekspert-qonaqlar məsələyə aydınlıq gətirib. Ekspertlərin sözlərinə görə, belə hadisə milyonda bir olan hallardan biridir. Verilişdə qonaq kimi çıxış edən psixoloq Elmir Əkbərin sözlərinə görə, bu cür hallar psixoloji pozuntu deyil:

“Belə hallar başqa səbəblərdən yaranır. Hər halda, sağlam insanın bir gün sonra dəli olması müəmmalı məsələdir”.

Digər ekspertlər də bunu cadu ilə əlaqələndiriblər. Onların sözlərinə görə, kiminsə bəy və gəlinə cadu etməsi ilə onların vəziyyəti bu hala gəlib çıxıb. Onları ağaca dırmaşdıran da, onları uladan da cadunun təsiridir. Həkim Qalib Əsədov belə halları quduzluqla izah edib. Onun sözlərinə görə, çarəsi tibb elminə bəlli olmayan xəstəliklərdən biri quduzluqdur:

“Quduzluq əlacı olmayan xəstəlikdir. Quduz heyvan insanı dişləyirsə, insan quduz olur və o, quduz heyvanın xüsusiyyətlərini özündə cəmləşdirir. Həmin heyvan kimi davranmağa çalışır. Amma quduz insan çox yaşamır, qısa bir müddətə ölür”.

İlahiyyatçı Hacı Fuad isə bunu onların bədəninə daxil olan cin ilə əlaqələndirib. Hacı Fuad qeyd edib ki, belə halların cəmiyyətdə baş verməsi heç də təəccüb doğurmamalıdır:

“Allah Qurani-Kərimdə cinlərin də mövcudluğunu açıq-aşkar deyir. Din deyir ki, nə insan cinə toxuna bilər, nə də cin insana. Amma cin insana toxunmadan onun canına daxil ola bilir. Cinlər də insanlar kimi yaşayır. Onların da arasında möminləri, kafirləri vardır. Bir insanın bədəninə daxil olub onu pis işlərə məcbur edən cin kafir cinlər qrupuna aiddir. Təbii ki, bunlara qarşı da Allah bizə istedad verib. Namaz qılmaq, ibadət etmək ruhun qabı olan cismi bəd qüvvələrdən amanda saxlayır. Sanki bədəni zirehləyirsən və içəri heç nə daxil ola bilmir”.

Yaxınları bildirib ki, gənclər ekstrasensdən yardım alıblar və hazırda vəziyyətləri normaldır.

Səid Qərib

Xəbər lenti

DAHA ÇOX XƏBƏR