Türkiyə və iraqlı şair və yazıçılar Bakıda - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Türkiyə və iraqlı şair və yazıçılar Bakıda - FOTOLAR

Türkiyə və İraqdan tanınmış şair, yazıçı, jurnalistlərdən ibarət 20 nəfərlik nümayəndə heyəti Fəxri, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, “Aşıq Şəmşir Ocağı” İB-nin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə “Azərbaycandan Türk Dünyasına könül körpüsü” adlı tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyəti millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edib.

Qonaqlar millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Onlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin “bir millət - iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib.

Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyətinin üzvlərinə Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib.

Qonaqlar Şəhidlər Xiyabanında həmçinin şəhid jurnalistlər Milli Qəhrəmanlar, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət ediblər. Qonaqlar onlarla bağlı ətraflı bilgi verilib. Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər.

Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib. Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib.

Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyətinin üzvləri həmçinin Bayraq meydanını ziyarət ediblər və dünyanın ən böyük bayrağı ilə tanış olublar. Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq səfərinə İçərişəhərdən başlayıblar.

Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm