• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dəmiryol vağzalında həyəcan (FOTO)

Dəmiryol vağzalında həyəcan (FOTO)

"Azərbaycan Dəmir Yolları" QSC-nin 18 may 2014-cü il tarixdə Bakı sərnişin stansiyasının ərazisində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti mülki müdafiə məşqi kecirilib.


TREND-in "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq Bakı sərnişin stansiyasının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu və qeyri dəmir yolu müəssisələrinin işçiləri məşqə cəlb olunub.


Məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın ərazisində yerləşən obyektlərin müki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında müki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, müki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən məşqdə stansiyanın ərazisində yerləşən obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, müki müdafiə qüvvələri iştirak edirdlilər.


Hazırlıq işləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun və Hərəkətin təhlükəsizliyi üzrə Baş texniki müfəttişi Oqtay Abbasovun şəxsi nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib.



Bakı sərnişin stansiyasında keçirilən obyekt məşqi həyəcan siqnalının verilməsi ilə başladı. Rəhbər işçilər Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplandılar. Obyekt rəhbəri, stansiyasının rəisi Nizaməddin Eminov məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində inzibati binada yanğın, 3-cü yolda vaqonda partlayış baş verib, yanğından və partlayışdan zərər çəkənlər və xəsarət alanlar var.


Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verdi. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirildi. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərlədi və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər gördülər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində "Yanğın həyəcanı" siqnalı verildi. Kəşfiyyat manqası əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri MM rəhbərinə məruzə etdi. Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil oldu, işçilər və sərnişinlər kassa zalından, sərnişin vaqonundan təxliyyə olundu, mövcud vasitələrlə yanğın ocaqları söndürüldü. Yaralılar ərazidən kənarlaşdırıldı. Yaralılara ilkin tibbi yardım göstərildi və onlar xərəklə tibb məntəqəsinə aparıldılar. Stansiyanın bərpa manqası, Gigiyena və epidemologiya mərkəzinin və Sanitar-karantin müfəttişliyinin dezinfeksiya manqaları əraziyə yaxınlaşaraq bərpa və dezinfeksiya işlərinə başladı.



Məşqdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirdi və aktiv iştiraka görə hər kəsə minnətdarlıq etdi.

Təlimdə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişin müavini Bülbül Məmmədov, Sərnişin daşımaları Departametinin baş mühəndisi Azər Nağıyev və stansiyanın rəhbər işçiləri iştirak edirdilər.


Xəbər lenti

DAHA ÇOX XƏBƏR