Azərbaycan-İran sərhədində yanğın
Bizi izləyin

Qırmızı.az

Azərbaycan-İran sərhədində yanğın

Ötən gecə İranın Parsabad şəhərinin yaxınlığında Araz çayının ətrafındakı meşəlikdə güclü yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər verir.


Məlumata əsasən, yanğının söndürülməsinə Parsabad, Biləsuvar şəhərlərinin yanğın söndürmə briqadaları ilə yanaşı, əhali də cəlb olunub.


Məlumatda yanğının İran ərazisində bu gün səhər söndürüldüyü bildirilsə də, Araz çayının Azərbaycan tərəfində yanğının hələ də davam etdiyi qeyd olunur. Yanğın zamanı yüzlərlə ağac məhv olub.


İranın Parsabad şəhəri Azərbaycanın Beyləqan və İmişli rayonları ilə həmsərhəddir.


Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadıq Salmanov isə Trend-ə bildirib ki, Azərbaycanın meşələrində hər hansı yanğın hadisəsi baş verməyib. Bu barədə yayılan məlumatlar da düzgün deyil: "Nazirlik yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Meşələrin mühafizəsi üçün də lazım olan bütün tədbirlər görülür. Əgər bizim meşələrdə hər hansı yanğın olsaydı, bundan mütləq xəbərimiz olardı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm