• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət etdi

Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət etdi

Şəki Apellyasiya Məhkəməsi İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin şərh olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Konstitusiya Məhkəməsindən Publika.az-a bildirilib ki, sözügedən Məcəllənin 13-cü maddəsinin tələbinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

Şəki Apellyasiya Məhkəməsi müraciətində qeyd edib ki, inzibati mübahisə ilə bağlı Ali Məhkəmə çıxardığı qərarında Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərarı ləğv edib. Qərarda qeyd edilib ki, iddiaçıya kömək göstərilmədiyi üçün iş yenidən apellyasiya instansiyasına qaytarılsın.

Şəki Apellyasiya Məhkəməsi iddiaçı tərəfə kömək göstərmək vəzifəsinin apellyasiya instansiyasının deyil, birinci instansiya məhkəməsinin vəzifəsi olduğunu əsas gətirir. Şəki Apellyasiya Məhkəməsi bu məsələnin aydınlaşdırılması məqsədilə 13-cü maddənin şərh olunmasını Konstitusiya Məhkəməsindən xahiş edib.

Konstitusiya Məhkəməsinin Plenumu iyunun 27-də bu müraciətlə bağlı iclas keçirəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR