Evdən qumbara tapıldı
Bizi izləyin

Qırmızı.az

Evdən qumbara tapıldı

Saatlı rayonu sakininin evinə baxış zamanı "F-1" qumbarası və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Heydərabad kənd sakini Samid Nəcəfovun evinə baxış keçirilib. Baxış zamanı evdən "F-1" qumbarası və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm