Sabah 38 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 38 dərəcə isti olacaq

Bu günlə müqayisədə sabah günün birinci yarısında Azərbaycan daha isti hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Lakin günün ikinci yarisinda küləklə əlaqədar axşama dorğu nisbətən sərin olacaq. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

O deyib ki, iyunun 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qəerb küləyi axçama dorğu arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 18-22, gündüz 29-34 dərəcə isti olacaq. Günün birinci yarısında yarımadanın bəzi yerlərində temperatur 37 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında iyulun 19-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 30-35, bəzi yerlərdə 38 dərəcə, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə, bəzi yerlədə 28 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm