Əkinçilik İnstitutunda Beynəlxalq Konfrans keçirildi - Fotolar
Bizi izləyin

Qırmızı.az

Əkinçilik İnstitutunda Beynəlxalq Konfrans keçirildi - Fotolar

Əkinçilik İnstitutunda Beynəlxalq Konfrans keçirildi - Fotolar

Ölkə üçün ən strateji sahə olan kənd təsərrüfatının inkişafında aqrar elmin rolu danılmazdır. Ölkə prezidenti cənab İlham Əliyevin Ərzaq təhlükəsizliyinə dair imzaladığı Dövlət proqramlarında təsbit edilən tədbirlər planında təbii resurslardan istifadənin səmərəliliyinin artırılması, bitkiçiliyin və aqrar bölmənin digər strateji hesab olunan sahələrinin elmi əsaslarla inkişaf etdirilməsi kimi həlli vacib olan məsələlər durur. Proqramda aqrar sahənin elmi təminatının yaxşılaşdırılması və kadr potensialının yüksəldilməsi tədbirlərinə də xüsusi önəm verilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında aqrar sahədə elmi təminat və kadr hazırlığının daha da yaxşılaşdırılması, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi nəzərdə tutulur. Həmçinin ölkə başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamla təsdiqlədiyi “ Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramında gənclərin qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırki dövrdə ölkənin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakı dəstəklənmişdir.

Bütün bunlar isə öz növbəsində innovativ sistemlərin inkişafı üçün aqrar sahədə çalışan gənc mütəxəsislərin müasir peşəkar biliklərinin artırılmasını tələb edir. Bu biliklər isə daha çox müxtəlif problemlərə həsr edilmiş milli, regional və beynəlxalq səviyyədə keçirilən elmi tədbirlərdə formalaşır. Bu baxımdan gənc alim və mütəxəsislərin əldə etdikləri elmi nəticə və nailiyətlərini nümayiş etdirmək üçün cari ilin 17-18 iyun tarixində Aqrar Elm Mərkəzinin təşkilatçılığı ilə Elmi Tədqiqat Əkinçilik İnstitutunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş “ Gənc alimlərin Kənd Təsərrüfatında rolu: problemlər və imkanlar” Beynəlxalq Elmi konfrans keçirilib.

İki gün davam edən konfransda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm Mərkəzinin, Milli Elmlər Akademiyasının, Təhsil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Meliorasiya Su Təssərrüfatı Komitəsinin 24 elmi tədqiqat və təhsil müəssisələrinin və 7 xarici ölkənin təmsil edən 100-ə qədər gənc alim və mütəxəsisləri iştirak edib. Tədbirin rəsmi açılışı akademik Cəlal Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başladı. Konfransı giriş sözü ilə açan Aqrar Elm Mərkəzinin Baş direktoru Əsəd Musayev konfransın keçirilməsinin ölkənin müxtəlif strukturlarında fəaliyyət göstərən müvafiq təhsil və elmi tədqiqat müəssisələrinin inteqrasiyasına və orada çalışan gənc alim və tədqiqatçıların bir araya gəlməsinə, bitki seleksiyası və toxumçuluğu, becərmə texnologiyası, bitki mühafizəsi, aqroekologiya, torpaqşünaslıq və meliorasiya, heyvandarlıq , baytarlıq və baytarlıq preparatlarına nəzarət, kənd təsərrüfatının mexanikləşdirilməsi, irriqasiya sisteminin təkmilləşdirilməsi və iqtisadiyyatının təşkili sahələrində əldə edilən elmi nəticə və nailiyyətlərinin nümayişinə gələcək perspektivdə birgə əməkdaşlığa imkan verəcəyini qeyd etdi və konfransın işinə uğurlar arzuladı.

Elmi Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai konfransın keçirilməsinin gənc alim və tədqiqatçıların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsində, aktual elmi problemlərin işlənməsi və prioritet elmi məsələlərin həlli üçün səylərin birləşdirilməsi, onların innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək edəcəyini vurğuladı. Konfransın gedişində Respublikanın və eləcə də müxtəlif ölkələrin elmi tədqiqat və təhsil müəssisələrində çalışan gənc alim və tədqiqatçıların bir-biri ilə ünsiyyət qurması gələcəkdə elmi nailiyyətlərinin tətbiqinin səmərəliliyinin artmasının və qabaqcıl təcrübənin daha sürətlə yayılmasına səbəb olacaqdır.

Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının sədri Faiq Xudayev öz nitqində şuranın 7 yanvar 2014-cu ildən fəaliyyətə başlamasından öz sıralarının perspektivli gənc mütəxəssislərin cəlb edilərək yüksək elmi potensiala malik nüfuzlu birliyə çevrilməsindən, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilmiş görüşlərdən bəhs edərək beynəlxalq konfransın istər təşkilati, istərsə də müzakirəyə çıxarılacaq elmi problemlərin həllinin aktuallığı baxımdan tarixi hadisəyə çevriləcəyini, dərc olunan elmi əsərlər toplusunun isə gələcək nəsillər tərəfindən önəmli istinad mənbələri kimi istifadə ediləcəyini vurğuladı.

Beynəlxalq konfrans öz işini ayrı ayrı bölmələrdə davam etdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm