Azərbaycanda insan haqlarının pozulması kütləvi xarakter daşımır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda insan haqlarının pozulması kütləvi xarakter daşımır

Dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da insan haqlarının pozulması ilə bağlı ayrı-ayrı faktlar mövcuddur. Amma bu kütləvi xarakter daşımır. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib.

Gənc fəalların, hüquq müdafiəçiləri və jurnalistlərin həbsi ilə bağlı məsələyə münasibət bildirən Elmira Süleymanova qeyd edib ki, belə hallar bütün ölkələrdə baş verir və heç kim onların mövcudluğunu inkar etmir:

"Bu kimi hallar hər yerdə mövcuddur. Bu gün bütün dünya ölkələri Azərbaycanda insan hüquqlarının qorunması sahəsində yüksək inkişafın olduğunu deyir və insanın ləyaqətli həyat sürməsi üçün yaratdığı hər cür şəraitdən faydalanır".

Ombudsman qeyd edib ki, Azərbaycanda insan haqlarının qorunması istiqamətində görülən ciddi işlərin nəticələri var. Onun sözlərinə görə, Ombudsman Aparatının fəaliyyəti müddətində dövlət qurumlarına 961 təklif göndərilib və onların 60%-i reallaşıb. Dünyanın heç bir ölkəsində belə bir təcrübə yoxdur.

E.Süleymanoba ombudsmanların 12-ci konfransının işində iştirak edən nümayəndələrin bir çoxunun iyunun 17-də Azərbaycanın cəzaçəkmə müəssisələrində olduğunu da əlavə edib:

"Onlar orada məhbuslarla təkbətək görüşüb və onların saxlanma şəraiti ilə tanış olublar. Bu, bir daha Azərbaycanda insan hüquqlarının qorunmasına göstərilən diqqətin nəticəsidir. Bu, zamanın tələbidir və Azərbaycan buna yüksək səviyyədə cavab verməyi bacarıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm