Azərbaycanda meşə örtüyü azala bilər
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda meşə örtüyü azala bilər

2080-ci ilə qədər Cənubi Qafqazda faktiki meşə örtüyü 33 faizədək azala bilər. Bu itkilər Azərbaycanda daha güclü xarakterə malik olacaq. Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin əlaqələr və əməkdaşlığın inkişafı üzrə meneceri Sevinc Saruxanova Trend-ə bildirib ki, orta illik temperatur bu əsrin sonuna qədər əhəmiyyətli dərəcədə artacaq.

İqlim dəyişikliyinin meşələrə təsiri nəticəsində Cənubi Qafqaz ərazisindəki potensial 9 milyon hektar müasir (2011-ci ilin tədqiqatlarına əsasən) meşə ərazilərinin 4 milyon hektarlıq hissəsi baxımsız qalıb.

İtkilərin labüdlüyü və faizi Şərqi Qafqazda, Cənubi Kiçik Qafqazda və Hirkan regionlarında 50% və 75% arasında, Kolxik regionunda 42,91% arasında dəyişir.

Ekoloji cəhətdən əsaslandırılmış məlumatlara əsasən, meşə formasiyalarının bioloji komponentləri iqlimdəki dəyişikliklərə reaksiya verəcək və meşə formasiyaları üzrə uyğunluq dərəcəsi dəyişəcək. Tədqiqatda istifadə olunan modellər ondan xəbər verir ki, Cənubi Qafqazdakı şərait regiondakı əksər meşə növləri üzrə daha az əlverişli olacaq. Ümumən ekoloji cəhətdən daha çox əlverişli iqlim ssenarisi (B2) əsasında faktiki meşə örtüyünün 8%-dək azalması, 2080-ci ilə qədər ekoloji cəhətdən daha az əlverişli iqlim ssenarisi (A2) əsasında 33%-lik azalma ola bilər. İtkilər Azərbaycanda və Ermənistanda güclü xarakterə, Gürcüstanda isə nisbətən daha zəif xarakterə malik olacaq.

Qeyd edək ki, iqlim dəyişmələrinin mənfi təsirlərinın qarşısının alınması məqsədi ilə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz ofisi 1 mart 2011-ci il tarixindən Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması" layihəsinə start verilib.


Layihənin əsas məqsədi Cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirinə qarşı dözümlülüyünü artırmaq və biomüxtəlifliyi zənginləşdirməkdir. Layihə çərçivəsində Yevlax və Ağsu rayonlarında hərəsində 75 ha olmaqla süni əkilmiş bircinsli şam meşələrində yerli ağac cinsləri əkilir, meşə mütəxəssissləri üçün təlimlər keçirilmiş və iqlim dəyişmələrinin mənfi təsirləri haqqında təbliğat tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm