Qənirə Paşayeva ödülə layiq görülüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva ödülə layiq görülüb

Kərkük Kültür Dərnəyi tərəfindən millət vəkili Qənirə Paşayeva "İraq türkmanlarına və Türk Dünyasına xidmət" ödülünə layiq görülüb.

Mükafatı təqdim edən Kərkük Kültür Dərnəyinin rəhbəri Şemsettin Küzeci millət vəkili Qənirə Paşayevanın " İraq türkmanlarına və Türk Dünyasına xidmət" ödülünü Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi dəstək, İraq türkmanları ilə bağlı həqiqətlərin yayılmasındakı fəaliyyətinə və İraq türkmanlarının hüquqlarını müdafiəsi istiqamətindəki çıxışlarına görə layiq görüldüyünü bildirdi. Kərkük Kültür Dərnəyinin rəhbəri Şemsettin Küzeci qardaş Azərbaycanla İraq Türkmanları arasında əlaqələrin, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən də danışıb və bütün Türk dünyasını İraq türkmanlarına dəstəyi daha da artırmağa çağırıb.

İraq Türkmanları bizim canı canımızdan, qanı qanımızdan qardaş-bacılarımız, soydaşlarımızdır deyən və mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımızla Azərbaycan arasında qar­daşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyini, ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmini qeyd etdi. Millət vəkili Qənirə Paşayeva Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın daha da genişləndirilməsi, İraq türkmanları ilə bağlı həqiqətlərin yayılması və İraq türkmanlarının hüquqlarının müdafiəsi istiqamətində əlindən gələni edəcəyini və bunu özünə bir borc bildiyini deyib, çünki orda yaşayan insanlar da bizim qardaş-bacılarımızdır və bizim hamımızın borcu onlara daha çox dəstək göstərməkdir.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə İraqda yaşayan soydaşlarımız, ümumiyyətlə Türk dünyası gəncləri arasında yaxınlaşma, bütünləşmə, birlik və bərabərliyi yolunda əlindən gələni etməyi özünə bir borc bildiyini və bu istiqamətdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini bildirmişdir və bu sahədə maraqlı layihələr həyata keçirməyi planlaşdıran Kərkük Kültür Dərnəyi ilə ortaq layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm