Metropoliten yay vaxtına keçdi
Bizi izləyin

Qırmızı.az

Metropoliten yay vaxtına keçdi

Bakı Metropolitenin qatarları iyunun 17-dən yay qrafikinə uyğun olaraq hərəkət edir. Bu barədə Publika.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, yay siteminə keçid sərnişinlərin sıxlığının azalması ilə əlaqədardır:

“Qış vaxtında metropolitendən 700 min sərnişin istifadə edirdi. Yay fəslində isə istifadə sayı 400-450 minə enib. Buna görə də qatarlar arasında interval artıb. İndi qatarlar sərnişinlərin sıxlığı nəzərə alınaraq 5-6 dəqiqə qrafiklə hərəkət edir. Günün pik saatlarında isə qatarlar qış qrafikinə uyğun hərəkət edir. Əvvəl hər saatda 33 qatar cütü hərəkət edirdi, indi isə bu say 24-ə enib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm