Prezident sərəncam və fərman imzaladı - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Prezident sərəncam və fərman imzaladı - YENİLƏNİB

Prezident İlham Əliyev “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb.

Prezident İlham Əliyev “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb.

Sənədə əsasən, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi 20 (indiyədək 15 olub) ildən, hökmlərin məcmusu üzrə isə 25 (indiyədək 20 olub) ildən artıq ola bilməz.

Bundan başqa, dəyişikliyə əsasən, cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

19:35

Azərbaycan Prezidenti İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Dəyişikliklərə əsasən, İnzibati Xətalar Məcəlləsində aşağıdakı məzmunda 68-10-cu maddə əlavə edilir:
"Maddə 68-10. Tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsi;

Yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə fiziki şəxslər yüz əlli manat miqdarda, vəzifəli şəxslər dörd yüz manat miqdarda, hüquqi şəxslər min manat miqdarda cərimə edilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm