Qırmızı.az
Mübariz İbrahimovun şəhid olmasından 4 il ötür
Bu gün Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildönümüdür. Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Bir neçə erməni hərbçisini öldürən və yaralayan hərbçimizin meyitini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan Mübariz İbrahimov, eləcə də şəhid zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verdi.
Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də gizir Mübariz
İbrahimova Azərbaycanın Milli qəhrəmanı adının verilməsi barədə
sərəncam imzalayıb.
Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov
2010-cu ildə “İlin adamı” mükafatına layiq görülüb.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu
Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlıq,
Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək
peşəkarlıq, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını
sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə
cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə,
Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt
barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına
olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə,
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010-cu İlin
adamı” elan edib. /ans/
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək