• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Məşhur müğənni rəsmi Bakıdan çəkindi – Konsert olmayacaq

Məşhur müğənni rəsmi Bakıdan çəkindi – Konsert olmayacaq

Qondarma “Dağlıq Qarabağ”da məşhur italyan ifaçısı Robertino Loretti öz tələbəsi Feliks Karamyanla birgə iyunun 19-da konsert proqramı ilə çıxış edəcəkdi. Lakin konsert təxirə salınıb.

Konsertin təşkilatçısı Nika Babayan ifaçının səhhətində olan problemlə əlaqədar tədbirin təxirə salındığını bildirib. O, bu hadisənin Azərbaycan diplomatiyasının fəaliyyəti sayəsində mümkün olduğunu da qeyd edib:

“Bizə onun xəstəxanaya yerləşdirildiyini bildiriblər. Lakin biz buna inanmırıq. Azərbaycan diplomatiyası yenə öz işinin öhdəsindən gəldi. Məhz onların səyi nəticəsində ifaçı konsert proqramı ilə çıxışdan imtina edib. Bizə tibbi arayış göndərəcəklərinə söz vermişdilər. Lakin bu da sübut sayılmır. Onu asanlıqla saxtasını çıxarmaq mümkündür”. /Axar.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR