Qırmızı.az
Paytaxtda zəncirvari yol qəzası – qarpıza görə
Gecə Bakının Nizami rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Avtoqəza Babək prospektində, üzü maşın bazarı istiqamətində hərəkət edən yolda baş verib. Qəza zamanı “Hyundai” , “Lada” və “Qazel” markalı yük maşını toquşub.
Hadisənin necə baş verməsinə gəlincə isə, qəzadan əvvəl “Hyundai”ın
sahibi avtomaşını yol kənarında saxlayaraq qarpız almaq üçün düşüb.
Alış-veriş zaman isə üzü maşın bazarı istiqamətində yüksək sürətlə
hərəkət edən “Lada” markalı avtomaşın arxadan “Hyundai”ya çırpılıb.
Sonuncu nəqdiyyat vasitəsi isə öz növbəsində qarşıda dayanan yük
maşının arxa hissəsinə dəyib. Qəzadan sonra minik maşınları
yararsız vəziyyətə düşüb.
Qəzanın səbəbkarı olan “Lada”nın sürücüsü isə hadisədən sonra idarə
etdiyi maşını ataraq sərnişinləri ilə birlikdə hadisə yerindən
uzuqlaşıb.
Hadisə ilə bağlı ərazidə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin
əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücülərin sənədlərinə
baxış keçirilib və onların ifadələri alınıb. Hazırda polislər
qəzanı törədən “Lada”nın sürücünün şəxsiyyətinin müəyyən edilməsi
istiqamətində araşdırmalarını davam etdirirlər.
Qəzanın səbəbləri isə təyin olunmuş avto texniki ekspertizanın
rəyindən sonra məlum olacaq. /Ans/
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu