Şəki sakini 53 yaşlı qadın küçədə öldü
Bizi izləyin

Qırmızı.az

Şəki sakini 53 yaşlı qadın küçədə öldü

Gecə Bakının Nizami rayonunda yaşlı qadın küçənin ortasında qəfil dünyasını dəyişib. Bu hadisə həmin ünvanda yaşayan vətəndaşlarla təcili tibbi yardım stansiyasının həkimləri arasında münaqişəyə səbəb olub.

Gecə Bakının Nizami rayonunda yaşlı qadın küçənin ortasında qəfil dünyasını dəyişib. Bu hadisə həmin ünvanda yaşayan vətəndaşlarla təcili tibbi yardım stansiyasının həkimləri arasında münaqişəyə səbəb olub.

Hadisə Qara Qarayev prospekti 96 ünvanında metronun Neftçilər stansiyasının yaxınlığında baş verib. Hadisə zamanı 1959-cu il təvəllüdlü Şəki şəhər sakini Əbdürrəhimova Nərgiz Həbullah qızı həmin ünvanda kirayə yaşadığı mənzilinə gedən zaman qəfil halı pisləşib. Qadın binanın qarşısında yıxılaraq huşunu itirib. Bunu görən ətrafda yaşayan sakinlər dərhal ona ilk yardım ediblər. Amma Nərgiz Əbdürrəhimovanın vəziyyəti daha da pisləşdiyindən bu barədə dərzal təcili tibbi yardım stansiyasını məlumat verilib. Hadisə yerinə həkim briqadası gələnə qədər isə qadın elə yıxıldığı yerdə, elə binanın həyətində dünyasını dəyişib. Hadisə yerində təcili tibb yardım stansiyasının həkimləri ilə mərzumunqohumları arasında qarşıdurma da müşahidə olunub.

Hadisə barədə məlumat verilən kimi Nizami rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları da ərazidə araşdırma aparıblar. Şahidlərin və dünyasını dəyişən şəxsin yaxın qohumlarının ifadələri alınıb. Məlum olub ki, Nərgiz Əbdürrəhimova bir müddət imiş ki, 8-ci kilometr bazarında ticarətlə məşğul olurmuş. Hadisədən bir neçə gün əvvəl isə o, ürək ağrılarından şikayət ediyinə görə həkimə də müraciət edib. Elə qadının da məhz ürəyində baş qaldıran ağrılar səbəbindən dünyasını dəyişdiyi ehtimal olunur.

Hadisə yerində araşdırma aparılandan sonra isə meyit daxili müayinədən keçirilməsi üçün morqa aparılıb. Ölümün dəqiq səbəblərinə isə Nizami rayon prokurorluğunda başlanan araşdırmalardan sonra aydınlıq gətiriləcək. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm