Göygöldə avtomobil ticarət köşkünə girdi
Bizi izləyin

Qırmızı.az

Göygöldə avtomobil ticarət köşkünə girdi

Bu gün gecə saatlarında Göygöl rayon ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


24 yaşlı Gəncə şəhər sakini Ceyhun Əhmədov idarə etdiyi avtomobillə hərkətdə olarkən idarəetməni itirərək yol kənarında səyyar satışla məşğul olan ticarət köşklərindən birinə girib.


Nəticədə sürücü və onun sərnişini Gəncə şəhər sakini 21 yaşlı Siyavənd Qalayev aldıqları bədən xəsarətləri ilə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstələrin vəziyyəti normal qiymətləndirilir.(Kəpəz TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm