Bakı metrosunda “namus” davası
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda “namus” davası

Bu gün səhər saat 09:30 radələrində Bakı Metropolitenində sərnişinlər arasında qalmaqal yaşanıb.


ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qatarda baş verib.


Belə ki, qatar “İnşaatçılar” metrostansiyası ilə “Elmlər Akademiyası” stansiyası arasında gedərkən axırıncı vaqonda 30 yaşlı qadın gənc oğlana hücum çəkdi. Qadın iddia edirdi ki, gənc oğlan onu qucaqlayıb. Qadının sözlərinə görə, gənc oğlan onu arxadan qucaqlayıb. Lakin oğlan iddiaları qəbul etməyərək, qadının yalan danışdığını bildirdi.

Sərnişinlərin mübahisə etdiyi vaxt həmin gənc müvazinətini saxlaya bilmədi və qadının qolundan tutdu. Bu hərəkət qadını daha da özündən çıxardı. Oğlana əl atmaq istəyən qadına digər sərnişinlər mane oldular. Qadın gənci söyməyə başladı.


Ani baş verən hadisədən özünü itirən gənc qatar “Elmlər Akademiyası” stansiyasına çatan kimi qatardan düşdü. Gənc oğlan böyük bir çətinlikdən qurtulmuş kimi iri addımlarla qaçaraq metrodan çıxdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm