Bakıda axtarışda olanlar tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda axtarışda olanlar tutuldu

Bakıda axtarışda olan 3 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi Cinayət-Axtarış Qrupu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü Ruhiyyə Quliyeva tutulub.

Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Ufat Aslanov tutulub.

Nəsimi RPİ Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Rəşad İsgəndərli tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm