Şagirdlər üçün inşa müsabiqəsi elan edilib
Bizi izləyin

Qırmızı.az

Şagirdlər üçün inşa müsabiqəsi elan edilib

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyinin Gənc alim və mütəxəssislər şurası "Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi" mövzusunda inşa müsabiqəsi elan edir.

Muzeydən Publika.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd ölməz şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə H.Cavid yaradıcılığını gənc nəslə öyrətməkdir.

Bakı şəhərində yerləşən istənilən orta məktəbin 9-11-ci sinif şagirdləri mövzu üzrə inşasını müsabiqəyə təqdim edə bilər. İnşa yazısı kompüterdə yığılmalı və Word proqramının 14-cü şrift ilə (sətirlər arası məsafə 1,5-dən çox olmamaqla) yazılmalıdır.

Müsabiqə müddətində qəbuletmə və qoşulma prosesi onlayn həyata keçiriləcək. İnşalar [email protected] e-mail ünvanına göndərilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm