• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Müsadirə edilmiş narkotik vasitələr yandırılacaq

Müsadirə edilmiş narkotik vasitələr yandırılacaq

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası iyunun 20-də məhkəmə qərarları əsasında müsadirə edilmiş narkotik vasitələri yandıraraq məhv edəcək. Bu barədə Publika.az-a komissiyanın İşçi Qrupundan məlumat verilib.

Narkotik vasitələr Bünyad Sərdarov adına maşınqayırma zavodunda yandırılacaq.

Qeyd edək ki, MT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2013-cü ildə Azərbaycanda 2 min 197 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Məsuliyyətə cəlb ediləndən 8 nəfəri 18 yaşınadək, 2 nəfəri orta məktəb şagirdi, 516 nəfəri 30 yaşadək, 1607 nəfəri 30 yaşdan yuxarı, 38 nəfəri fəhlə, 11 nəfəri qulluqçu, 1 nəfəri vəzifəli şəxs, 1 nəfəri kənd təsərrüfatı işçisi, 51 nəfəri qadındır.

2012-ci ildə məsuliyyətə cəlb olunan 56 nəfər xarici ölkə vətəndaşından 40 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərdən 25 nəfəri İran, 19 nəfəri Rusiya, 5 nəfəri Gürcüstan, 4 nəfəri Türkiyə, 1 nəfəri Ukrayna, 1 nəfəri Hindistan, 1 nəfəri isə Slovakiya vətəndaşıdır. Götürülmüş narkotik vasitələrin 26 kq-dan çoxu Türkiyə vətəndaşlarının payına düşür.

2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376 nəfər olub.

Yalnız 2013-cü ildə 1509 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. Onların 14-ü qadındır.

Əvvəlki illərlə müqayisədə ölkədə qadın narkotik istifadəçilərinin sayında elə də ciddi dəyişiklik olmayıb. Ölkədəki bütün narkotik istifadəçilərinin 539 nəfəri qadındır. Ötən il bu rəqəm 528 nəfər, 2011-ci ildə isə 511 nəfər olub.

Ümumilikdə narkotik istifadəçiləri arasında daha çox 30-39 yaş arası olan insanlar üstünlük təşkil edir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR