Ded Xasanını qatillərinə hökm oxundu
Bizi izləyin

Qırmızı.az

Ded Xasanını qatillərinə hökm oxundu

İtaliya məhkəməsi gürcü qanuni oğru Merab Canqveladze və onun klanının üzvləri barədə hökm çıxardıb.

Xatırladaq ki, məhz karobinyerlərin (İtaliya polisi) Kutaisi klanının telefon danışıqlarını dinləməsi nəticəsində onların kriminal aləmin “xaç atası” Aslan Usoyana Moskvada sui-qəsd təşkil etdikləri məlum olmuşdu.

Gürcü qanuni oğrunun məhkəmə prosesi bu ilin aprelində İtaliyanın Bari şəhərində başlayıb. Əvvəlcə onlara qarşı mafiya tipli transmilli cinayətkar şəbəkə yaratmaq, soyğunçuluq, qarət, çirkli pulların yuyulması ittihamları irəli sürülürdü.

Bari prokuroru çıxışında qanuni oğruların hər birinə uzunmüddətli həbs tələb edib. Belə ki, İtaliyada “mafiya” ilə bağlı ittiham olunanlar bir qayda olaraq daha uzun müddətə həbs cəzası alırlar.

Ancaq məhkəmə dinləmələri zamanı hakimlər tərəfindən bu ittihamların bəziləri rədd edilib. Həmçinin məhkəmə qərara gəlib ki, kutaisili oğrular cinayətkar şəbəkə yaratsalar da, onların təşkilatı mafiyanın tələblərinə uyğun gəlmir.

Nəticədə, Merab Canqveladze 4 il 8 ay, Besik Kupriaşvili (ləqəbi Besik) və Temur Nemsiveridze (ləqəbi Çripa) isə hərəsinə cəmi 3 il 2 ay həbs cəzası alıblar.

Qeyd edək ki, bu cinayətlə bağlı İtaliya başqa qanuni oğruları da axtarışa verib. Hazırda Camal Mikaladze (Cemo), Koba Axvlediani (Koba), Kaxa Makalatiya (Kaxa) və başqaları İnterpol tərəfindən axtarılır.

Həmçinin Ded Xasanın qətlində ən çox adı hallanan Rövşən Lənkəranski də 2013-cü ilin sentyabrında mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilərək beynəlxalq axtarışa verilmişdi. Lakin sonradan 38 yaşlı Rövşən Canıyevin İtaliya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilməsi barədə məlumatlar İnterpolun saytından götürülüb.

Lənkəranskinin vəkilləri karobinyerləri inandıra biliblər ki, Canıyevin Kutaisi qruplaşması ilə heç bir əlaqəsi yoxdur.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm