Qırmızı.az
Neft quyusundakı partlayışla bağlı cinayət işi açıldı
Bakıda Azərbaycan Rrespublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus mədəndə 2 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.
Bakı şəhər prokurorluğundan Publika.az-a bildiriblər ki, iyunun 18-də saat 12 radələrində ARDNŞ-nin H.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Qala qəsəbəsində yerləşən 5-ci mədən sahəsində qazla qaynaq işləri aparılarkən baş vermiş partlayış nəticəsində elektrik-qaz qaynaqçıları Zakir Əliyev və Dmitriy Baranovun aldıqları xəsarətlərdən ölmələri barədə daxil olmuş məlumat əsasında Xəzər rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən məhkəmə-tibb və Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin yanğın və partlayış üzrə ekspertlərinin iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı