İcra başçısı vətəndaşlarla görüşdü
Bizi izləyin

Qırmızı.az

İcra başçısı vətəndaşlarla görüşdü

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı YAP şəhər təşkilatının qərargahında vətəndaşların növbəti qəbulunu keçirib.

100 nəfərdən artıq vətəndaşın iştirak etdiyi qəbuldan əvvəl şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək iyunun 10-da baş vermiş təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması ilə bağlı görülən işlərdən danışıb.

Qeyd edib ki, təbii fəlakət baş verən zaman ölkə başçısı İlham Əliyev hadisəni dərhal nəzarətə götürüb, hər bir vətəndaşa dəyən ziyanın təcili olaraq aradan qaldırılması üçün tədbirlər görülməsi barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Dövlət başçısının tapşırığına uyğun olaraq qısa vaxt ərzində 300-dən artıq çoxmərtəbəli, 500-dən artıq fərdi binaya dəyən ziyanın məbləği müəyyənləşdirilərək təmir-bərpa işlərinə başlanılıb. 11 hündürmərtəbəli bina isə qəza vəziyyətinə düşmüşdür ki, onların da sakinlərinin müvəqqəti olaraq müxtəlif yerlərə köçürülməsi təmin edilir. Hazırda 24 çoxmərtəbəli, 30 fərdi binada bərpa işləri sürətlə davam etdirilir. Təmir-bərpa işlərində heç bir problem yoxdur və dövlət qurumları, eləcə də Fövqəladə Hallar Nazirliyi bu işdə Gəncəyə hər cür yardım göstərir.

Sonra söz vətəndaşlara verilib. Qəbul zamanı onlar müxtəlif sahələr üzrə icra başçısına müraciətlər ediblər. Nurlana Qurbanova, Mehriban Həsənova və başqaları təbii fəlakət zamanı dəyən ziyanın aradan qaldırılması, İradə Məmmədova kanalizasiya probleminin həlli, Zərifə Bəxtiyarova yaşadıqları binada liftin qaydaya salınması barədə icra başçısına müraciətlər ediblər. Qarabağ müharibəsi əlili Xaqani Quliyevin avtomaşınla, Yusif Əliyevin isə işlə təminatı barədə etdikləri müraciətlər müsbət həll edilib. Qəbulda təbii fəlakət zamanı edilən köməyə görə dövlət başçısına, eləcə də şəhər İcra Hakimiyyətinə minnətdarlıq edənlər də olub.

Şəhərin hüquq mühafizə orqanları rəhbərlərinin, idarə və təşkilat rəhbərlərinin, eləcə də prezident administrasiyasının məsul işçisinin də iştirak etdiyi qəbul vətəndaşları razı salıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm