Qırmızı.az
Nazir təhsil işçilərini cəzalandırdı
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarovun Goranboy rayonunda qəbulu keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, qəbul zamanı təhsil müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı daxil olmuş bir sıra müraciətlər operativ araşdırılıb və müvafiq tədbirlər görülüb.
Belə ki, dövlət qulluqçusunun vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevə, Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynova, Samux RTŞ-ın baş mühasibi Ərəmxan Məmmədova töhmət verilib.
Həmçinin, Samux rayonu Sərkar kənd tam orta məktəbin direktoru Esmira Həsənova üzərinə düşən öhdəlik və vəzifə funksiyalarını kobud şəkildə pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.
Göygöl rayonu Əlimədədli kənd ümumi orta məktəbin direktoru
Abduşükür Mustafayev öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbinin
müəllimi Zabitə Zeynalovanın əmək hüquqlarını pozduğuna görə,
təhsil müəssisəsinin direktoru Ulduz Mayılovaya töhmət verilib.
Göygöl rayonu 4 nömrəli tam orta məktəbdə nöqsanlar aşkar
olunduğuna görə, direktor Aişə İsgəndərovaya, direktor müavinləri
Sabir Qafarova və Durna Quliyevaya RTŞ tərəfindən sonuncu
xəbərdarlıqla şiddətli töhmət verilib.
Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərinin bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ