İstilər davam edəcək
Bizi izləyin

Qırmızı.az

İstilər davam edəcək

Azərbaycanda isti hava şəraiti davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildiriblər ki, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.


Azərbaycanın əksər rayonlarında iyunun 20-də havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm