Qaxda qardaş qardaşın evini yandırdı
Bizi izləyin

Qırmızı.az

Qaxda qardaş qardaşın evini yandırdı

Qax rayon sakininə məxsus evi yandıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 17-də saat 19 radələrində Qax rayonunun Gürcü Kötüklü kənd sakini Mediko Babacanaşviliyə məxsus evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə münaqişəsi zəminində törətmiş qardaşı İosif tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm