Qohumu admirala qarşı ifadə verdi
Bizi izləyin

Qırmızı.az

Qohumu admirala qarşı ifadə verdi

Şahin Sultanovun işində admiralın əleyhinə işləyəcək yenilik baş verib.

Bu barədə məlumat Axar.az-a etibarlı mənbələrdən daxil olub.

Mənbə artıq Şahin Sultanovun işi ilə bağlı hüquq müdafiəçisi olan Bəxtiyar Məmmədovun dindirildiyini bildirib. O, hüquq müdafiəçisindən əlavə, istintaqa Şahin Sultanovun yaxın qohumunun (əmisi oğlu – red.) da dəvət edildiyini qeyd edib. Müdafiə Nazirliyində çalışan bu şəxs isə admiralla bağlı bir sıra maraqlı faktları istintaqa təqdim edib. Məhz bundan sonra Şahin Sultanovun işində istintaq tərəfindən admirala qarşı əlavə maddələrin irəli sürüləcəyi nəzərdə tutulub. Mənbə bildirir ki, həbsdə olan digər hərbçilər törətdikləri qanunsuz əməllərlə əlaqədar Şahin Sultanovun məlumatlı olması ilə bağlı ifadə veriblər. Mənbəmiz admiralın qohumunun ifadəsindən sonra istintaqa digər şəxslərin də cəlb ediləcəyini qeyd edib. Hələlik istintaqda sırf hansı məsələlərdən danışılması haqqında informasiyanın gizli saxlanıldığı deyilib. Yaxın zamanlarda istintaqa dəvət olunacaq şəxslər arasında istefaya göndərilmiş bəzi generalların da ola biləcəyi vurğulanır.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm