Əlixan Musayevin İŞİD-ə qoşulduğu xəbəri yayıldı - Özəl
Bizi izləyin

Qırmızı.az

Əlixan Musayevin İŞİD-ə qoşulduğu xəbəri yayıldı - Özəl

Azərbaycanda sələfi liderlərindən olan Əlixan Musayev İraqda İŞİD (İraq Şam İslam Dövləti) qruplaşmasının tərkibində döyüşməyə gedib.

Publika.az-ın özəl mənbədən əldə etdiyi məlumata görə, Ə. Musayev iki həftə öncə Türkiyə vasitəsilə Suriyaya gedərək İŞİD qruplaşmasının tərkibinə qoşulub: “Qruplaşmanın tərkibində vuruşan azərbaycanlıların əmiri vəzifəsini daşıyır. Hazırda İraqa hücuma keçən İŞİD-in tərkibində azərbaycanlı döyüşçülərə rəhbərlik edir”.
Məlumat nə qədər ilginc olsa da, dəqiqliyi sual altındadır. Əlixan Musayevin telefonuna zəng çatmaması isə şübhələri bir qədər artırır.

Sələfilərin içindən Publika.az-a məlumat verilib ki, Ə. Musayev bir ay öncəyə qədər Azərbaycanda dərs deyirmiş. Amma bir aya qədər olar ki, sələfilərdən heç kim onun harda olduğunu dəqiq bilmir. Amma onlar Ə. Musayevin İŞİD-ə qoşulduğuna inanmırlar.

Qeyd edək ki, bir müddət öncə Ə. Musayevlə “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov arasında narazılıq yaranmışdı. Buna səbəbsə Ə. Musayevin Suriyaya gedən azərbaycanlıları dəstəkləməsi idi. Sələfi liderləri onun təkfirçi bəyanatlarını geri götürməyə çağırsa da, o, bu addımı atmadı və ayrıldı. Son məlumatlara görə, Müşfiqabad məscidində fəaliyyət göstərirmiş.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm