Mübariz İbrahimovun məzarı ziyarət edilib
Bizi izləyin

Qırmızı.az

Mübariz İbrahimovun məzarı ziyarət edilib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 2010-cu il iyunun 19-da torpaqlarımızın erməni qəsbkarlarından azad etmək uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlibr. Bu münasibətlə DİN-in Daxili Qoşunlarının şəxsi heyəti iyunun 18-də II Fəxri Xiyabanda Milli Qəhrəmanın qəbrini ziyarət edib, məzarı üstünə gül dəstələri qoyublar.

Mübariz İbrahimov 2005-2007-ci illərdə müddətli həqiqi hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində keçmiş "çavuş" hərbi rütbəsinədək yüksəlib.

Daxili Qoşunlarda xidmət etdiyi müddətdə Mübariz Vətənə layiqli əsl hərbçi kimi formalaşıb.

Xidmətini başa vurduqdan sonra o, Daxili Qoşunlarda xidmətini davam etdirə bilərdi. Lakin Mübarizin başqa arzuları var idi: "Şəhid olanadək şərəfsizlərin üzərinə yerimək”.

Bir müddət mülki işlərdə çalışdıqdan sonra yenidən ordu sıralarına qayıdır. 2009-cu ilin avqust ayında "gizir" hərbi rütbəsində Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissələrindən birində xidmətə başlayır.

2010-cu ilin aprel-iyul aylarında taqım komandirinin müavini vəzifəsində xidmət edir. Bu müddət ərzində Mübariz sanki hər an plan cızır, düşməni məhv etmək istəyi ilə alışıb-yanırdı.

2010-cu il iyunun 18-dən 19-na keçən gecə təkbaşına təmas xəttindəki bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin silahını özünə qarşı yönəldərək 5 saat təkbətək döyüşur...

Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Mübariz bir gecədə xalqının qəhrəmanına çevrildi. Adı Azərbaycanın qəhrəmanlıq tarixinə yazıldı.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm