“Hafka”nın işdən çıxardığı neftçi özünü asdı
Bizi izləyin

Qırmızı.az

“Hafka”nın işdən çıxardığı neftçi özünü asdı

“Hafka” ləqəbli iş adamı Hafiz Məmmədova məxsus “Bahar enerji” neft şirkətindən işdən çıxarılan neftçi intihar edib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.

Hüquq müdafiəçisi bildirib ki, 40 yaşlı Kövsərov Etibar Nadir oğlu “Bahar enerji” əməliyyat şirkətində elektrik işləyib. Lakin ixtisarlar adı ilə işdən çıxarılıb.

İşini itirən elektrikin maddi durumu ağır olub: “Hafka” belə istəmişdi. Etibar özünə iş tapa bilmirdi. O, bağında özünü asaraq intihar edib. İndidəmi vicdanınız susacaq?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm