“İlham Əliyev: tərcümeyi-hal davam edir” təqdim olundu - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“İlham Əliyev: tərcümeyi-hal davam edir” təqdim olundu - FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilmiş "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində ADU-nun rektoru, Milli Məclisin deputatı , professor Səməd Seyidov çıxış edərək millət vəkillərini və səfirləri universitetdə görməkdən məmnun olduğunu bildirib.

Rektor Səməd Seyidov tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilmiş "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətindən bəhs edildiyini diqqətə çatdırıb.

ADU rektoru Hüseynbala Mirələmovun öz fəaliyyəti ilə ölkənin çiçəklənməsinə və dünyada tanıdılmasına xidmət edən bir ziyalı və yazıçı olduğunu söyləyib. Rektor Səməd Seyidov "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının dünyanın bir sıra dillərinə tərcümə olunduğunu söyləyib.

Ərəb dilinə tərcümə olunmuş kitabın rəhbərlik etdiyi universitetdə təqdimatının təsadüfən keçirilmədiyini deyən rektor Səməd Seyidov bildirib ki, ADU-da bir sıra əcnəbi dillər tədris olunur. ADU rektoru Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti nəticəsində universitetdə 20-dən yuxarı əcnəbi dilin tədris olunduğunu və mərkəzlərin fəaliyyət göstərdiyini deyib. O, 2011-ci ildən ADU-da ərəb dilinin də tədris olunduğunu qeyd edib.

Rektor bildirdi ki, ərəb dilinə tərcümə edilən və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən kitab ərəb ölkələri ilə ölkəmizin yaxınlaşmasında mühüm rol oynayacaq. Rektor Səməd Seyidov kitabın Dillər Universitetində ərəb dilini öyrənən tələbələr üçün tədris vəsaiti rolunu oynayacağını da söyləyib.

Səməd Seyidov “İlham Əliyev: tərcümeyi-hal davam edir” kitabının beynəlxalq aləmdə yerini ildən-ilə daha da möhkəmləndirməkdə olan, iqtisadi inkişaf tempi ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın XX əsrin sonunun və XXI əsrin əvvəllərinin tarixinin öyrənilməsi baxımından mühüm mənbə olduğunu diqqətə çatdırıb.

Sonda tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək təqdimatın yüksək səviyyədə təşklinə görə ADU-nun rektoru Səməd Seyidova minnətdarlığını bildirib. H. Mirələmov ona verilən dəyər və qiymətə görə tədbir iştirakçılarına da təşəkkürünü ifadə edib.

Qeyd edək ki, H. Mirələmovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev", "Zərifə Əliyeva" və "İlham Əliyev: tərcümeyi-hal davam edir" əsərləri var.

Xatırladaq ki, "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabı 2007–ci ildə Moskvada məşhur “Molodaya Qvardiya “ nəşriyyatının “Görkəmli Adamların Həyatı" seriyasından olan “Tərcümeyi-hal davam edir” adlı yeni layihəsi əsasında ilk dəfə rus dilində işıq üzü görüb.

Kitabda Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri ardıcıl olaraq göstərilir.

Azərbaycanın dövlət başçısına olan oxucu marağı nəzərə alınaraq kitab gürcü, türk və Ukrayna dillərinə də tərcümə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm