• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Türkiyəli qonaqlar hərbi hissədə olub - FOTOLAR

Türkiyəli qonaqlar hərbi hissədə olub - FOTOLAR

Millət vəkili Qənirə Paşayevanın təhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, “Aşıq Şəmşir Ocağı” İB-nin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ölkəmizə səfər etmiş Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyəti aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyəti Tovuz rayonunda ön cəbhədə '"N" saylı hərbi hissədə olub və hərbi hissədə qulluq edən əsgər və zabitlərlə görüşüblər.

Tədbirdə“ Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türkiyədən və İraqdan gəlmiş aydınlar, sənətçilər və media mənsubları iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr gününü bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib. Millət vəkili Qənirə Paşayeva torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığını vurğuladı :

“Ali Baş komandan, prezident cənab İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik, torpaqlarımızın bir qarışı nə bazarlıq mövzusu olmayacaq, nə də biz ondan bir qarış belə keçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa, Azərbaycan öz süveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, Türkiyədən və İraqdan gəlmiş dostlarımızla gələn bu cür tədbirlərimizi Ali Baş komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da bütün əsgərləri və zabitləri 26 iyun - Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb və Azərbaycan Ordusunun gücü və qüdrətinin daha da artdığını və işğal altında olan torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu deyib. Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə təşkilatçılar və qonaqlar adından hədiyyələr təqdim edilib.

Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər,
jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyətinin üzvləri hərbi hissədə Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə olmaqdan böyük məmnuniyyət duyduqlarını deyiblər.

Azərbaycanı çox sevdiklərini deyən Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyətinin üzvləri 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə əsgər və zabitləri təbrik ediblər.

Hərbi Hissənin rəhbərliyi və millət vəkili Qənirə Paşayeva Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyətinin üzvlərinə Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, "bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz
hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz."

Azərbaycan əsgərinin formasını geyinən Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyətinin üzvləri bu həyatımızda aldığımızən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayıq,onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq deyərək hər biri əsgər salamı veriblər. Və arzularını da dilə gətiriblər.

Gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək. Daha sonra Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyətinin üzvləri əsgər və hərbiçilərlə yemək yeyiblər və onlarla söhbət ediblər. Əsgərlər qarşısında öz şeirlərini, duyğu və düşüncələrini səsləndirən aydınların çıxışlarından sonra tədbir gözəl bir konsert programı ilə başa çatıb. Qonaqlar əsgərlərlə birlikdə rəqs edib və onlara ən gözəl arzularını çatdırıblar.

Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyəti millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Tovuzun ön cəbhə kəndlərində olublar və onlara atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib.

Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR