Ermənilər Naxçıvanda 100 kv.km torpaq zəbt edib, fotoları yaydı – (Fotolar)
Bizi izləyin

Qırmızı.az

Ermənilər Naxçıvanda 100 kv.km torpaq zəbt edib, fotoları yaydı – (Fotolar)

Virtualaz.org saytı xəbər verir ki, erməni hərbi qaynaqları Naxçıvanla sərhəddəki neytral ərazidə yerləşən bir neçə strateji yüksəkliyi tutduqları barədə xəbər yayıblar.

“Regnum” agentliyi erməni hərbi portal razm.info-ya istinadən xəbər verir ki, Ermənistan ordusu Naxçıvanla sərhəddə sərt iqlim şəraitinin hökm sürdüyü, dəniz səviyyəsindən 2500-3300 metr yüksəklikdə yerləşən, sutkalıq temperatur fərqinin 35-40 dərəcəyə çatdığı ərazilərdə yerləşən yüksəklikləri səssiz-səmirsiz tutub.

İddia olunur ki, Azərbaycan hərbçiləri bu əməliyyatdan xəbər tutanda çox gec olub və erməniləri tutduqları mövqelərdən çıxarmaq üçün nəsə etmək mümkün olmayıb.

Bu əməliyyat nəticəsində Naxçıvanla sərhəddə Ermənistan ordusunun bir çox mövqeləri Azərbaycan ordusunun döyüş postlarından yüksəklikdə qalıb.

Hazırda ermənilərin yeni tutduqları mövqelərdən nəinki Azərbaycan postlarının kommunikasiyaları, eyni zamanda, 25-30 kilometr məsafədə yerləşən Naxçıvan şəhəri aydın görünür.

Əməliyyat nəticəsində Ermənistan ordusu Naxçıvanla sərhəddə əlavə olaraq 100 kvadratkilometr əraziyə nəzarət edir. Sayt ermənilərin ələ keçirdikləri yüksəkliklərin fotolarını da yayıb.

Xatırladaq ki, Naxçıvanla sərhəddə atışma xəbərləri gələndə yerli sakinlər virtualaz.org saytına ermənilərin neytral ərazidə bəzi yüksəklikləri tutduqları barədə məlumat vermişdi. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatları təkzib edirdi.

Virtualaz.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm